ABŞ İran sərhədindən 300 kilometr uzaqlıqda olan müttəfiqlərinin ərazisində özünün F-22 Raptor qırıcı-bombardmançı təyyarələrini yerləşdirməyə başlayıb. SİA-nın verdiyi məlumata görə, hərbi ekspertlər bunun İran üçün heç də yaxşı qurtarmayacağı qənaətindədirlər.
Fox News telekanalı isə adıçəkilən təyyarələrin İranla sərhəd ölkələrin ərazisində yerləşdirilməsini müharibə iyinin getdikcə daha kəskin hiss olunduğuna bir işarə olduğunu bildirib.
Lockheed Martin şirkətinin istehsal etdiyi F-22 ABŞ hərbi hava qüvvələrinin balansında olan ən müasir maşınlardır. Bu döyüş maşını "Stels" texnilogiyası ilə təmin olunub ki, bu zaman təyyarə düşmən radarları tərəfindən qeydə alına bilmir, bir sözlı təyyarə gözəgörünməz olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB