Yaponiyada baş verən yol qəzasında 7 nəfər öldü, 38 nəfər xəsarət aldı
Yaponiyada ağır yol nəqliyyat hadisəsi baş verib. \"Tokio Disneyland\"a getmək üçün yola çıxan sərnişin avtobusunun Tokio yaxınlığında dağlıq ərazidə qəzaya uğraması nəticəsində 7 nəfər ölüb, 38 nəfər xəsarət alıb. SİA-nın verdiyi xəbərə görə, yaralılardan 13-nün vəziyyəti ağırdır. Ölənlərin hamısı gənclərdir.
Məlumata görə, istirahətə gedənlərin olduğu avtobus yol kənarındakı səddə çırpılıb və səddin polad dirəkləri avtobusu iki yerə parçalayıb. Qəzanın başvermə səbəbləri araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB