İraqlı siyasi liderlər bir araya gəldi

İraqlı siyasi liderlər bir araya gəldi
İraqlı siyasi liderlər ölkədəki mövcud olan siyasi böhranı aradan qaldırmaq üçün İraqın Ərbil şəhərində bir araya gəldilər. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, toplantıda İraqın dövlət başçısı Cəlal Təlabani, İraq regional rəhbərliyinin başçısı Məsud Bərzani, Əl-İraqiyə lideri İyad Allavi, Şiə lideri Mukteda əl Sadr və İraq Milli Məclisinin sədri Usamə Nuceyfi qatılıb. Yığıncaq mətbuata bağlı elan olunub. Toplantıdan dərhal sonra mətbuat konfransının keçiriləcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə