Şəhərdə terrorçularla milis arasında silahlı toqquşmanın olduğu bildirilir
Aprelin 27-dən mayın 2-dək Dnepropetrovsk vilayətində kütləvi tədbirlərin keçirilməsinə qadağa qoyulub. "Seqodnya" qəzetinə istinadən xəbər verir ki, bu barədə vilayət rəhbəri Aleksandr Vilkul qərar verib.
Rəsmi məlumatlara görə, aprelin 27-də adıçəkilən şəhərdə 4 partlayış baş verib. Bir şübhəli paket məhv edilib. Baş verən hadisələr terror aktları kimi qiymətləndirilib.
"RİA Novosti"nin məlumatına görə, partlayışlarda 29 nəfər xəsarət alıb, ölən yoxdur. Ukrayna Fövqəladə Hallar Nazirliyi isə 27 nəfərin yaralandığını bildirib.
Yerli mətbuatın məlumatına görə, "Karavan" ticarət mərkəzinin yaxınlığında milislə terrorçular arasında atışma olub, həmçinin teraktlarda şübhəli şəxslərin saxlanıldığı söylənilir. Amma Ukraynanın təhlükəsizlik xidmətləri həbs olunanlarla bağlı xəbəri təkzib edib. Silahlı insidentin baş verməsi də rəsmi təsdiqini tapmayıb.
"UKRİNFORM"un məlumatına görə, parlamentdə fraksiya sədrinin müavini Andrey Şkil bildirib ki, Dnepropetrovskda baş verən partlayışlar fövqəladə vəziyyətin elan olunmasına gətirib çıxaracaq. O, vilayətdə komendant saatının tətbiq olunacağını da istisna etməyib./168.az /
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB