Saakaşvili: "Qoşunlarınızı çıxarın, prezidentlikdən gedirəm"

Saakaşvili: "Qoşunlarınızı çıxarın, prezidentlikdən gedirəm"

Gürcüstan prezidenti Mixail Saakaşvili maraqlı bəyanatla çıxış edib. Gürcü mətbuatının verdiyi məlumata görə, Saakaşvili bəyan edib ki, Rusiya Abxaziya və Cənubi Osetiyadan öz qoşunlarını çıxarsa, prezident postundan imtina etməyə hazırdır.


"Əgər Rusiya işğal etdiyi torpaqları qaytarmağa və qoşunlarını çıxarmağa hazırdırsa, mən günü bu gün istənilən yerə getməyə və cənab Medvedevlə yaxud Rusiyanın real rəhbəri ilə müvafiq saziş imzalamağa hazıram. Bu saziş mənim və hökumətimizin istefası əvəzinə Abxaziya və Cənubi Osetiya bölgəsinin qaytarılmasını nəzərdə tutacaq", - deyə o vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə