Rusiya prezidenti Dmitri Medvedev bu gün jurnalistlərə verdiyi müsahibəsində hakim "Vahid Rusiya" partiyasının rəhbəri olmağa hazır olduğunu deyib. "RİA Novosti"nin verdiyi xəbərə görə, televiziyada canlı yayımlanan müsahibədə Medvedev əgər partiyanı idarə etmək üçün ona təklif gələrsə, bundan imtina etməyəcəyini bildirib.
"Vahid Rusiya" partiyası haqqında danışan Medvedev onun ölkədəki ən böyük partiya olmasına baxmayaraq, ən mükəmməl partiya olmadığını da qeyd edib.
2008-ci ildən bəri "Vahid Rusiya" partiyasına rəhbərlik edən Putin çərşənbə axşamı partiyanın rəhbərliyindən istefa verəcəyini açıqlamışdı. O, postunu Medvedevə təklif etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB