Almaniya prezidenti Ukraynaya getməkdən niyə imtina etdi?

Almaniya prezidenti Ukraynaya getməkdən niyə imtina etdi?

Almaniya prezidenti Yoahim Qauk həbs edilmiş müxalifət lideri Yuliya Timoşenkonun səhhəti ilə bağlı narahatçılığa görə, Ukraynaya səfərini təxirə salıb. "Agence France Presse"-ə istinadən verilən xəbərə görə, Qauk məsələni kansler Angela Merkellə müzakirə edib və gələn ay Yaltada keçiriləcək mərkəzi Avropa prezidentlərinin sammitində iştirak etməməyə qərar verib.

Berlindəki Ukrayna səfirliyinə də Qaukun qərarı ilə bağlı məlumat verilir. Merkelin hökuməti Timoşenkonun səhhəti ilə bağlı dərin narahatçılığını ifadə edib.

Qeyd edək ki, keçmiş Baş nazir Yuliya Timoşenko vəzifəsindən sui-istifadə etmə ittihamıyla 7 il həbs cəzasına məhkum edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə