Bu da ABŞ demokratiyası: Obamanı tənqid edən hərbçi ordudan qovuldu

Bu da ABŞ demokratiyası: Obamanı tənqid edən hərbçi ordudan qovuldu

ABŞ-ın Kaliforniya ştatında hərbi xidmət keçən dəniz piyadası 26 yaşlı Heri Staynın silahlı qüvvələrin sıralarından uzaqlaşdırılmasına səbəb ölkə prezidenti Barak Obamanı kəskin tənqid etməsi olub. Komandanlıq onun davranışını hərbçiyə yaraşmayan hərəkət kimi dəyərləndirib.


Xarici media xəbər verir ki, H.Stayn dövlət başçısını fecebookda tənqid edib. Onun əvvəllər də bu işlə məşğul olduğu bildirilir. Çavuşun vaxtilə sosial şəbəkədə "Silahlı qüvvələrin çay partiyası" adlı səhifə yaradaraq prezidentin ünvanına xoşagəlməz fikirlər yazdığı vurğulanır.


Bu dəfə isə H.Stayn bir qədər irəli gedərək səhifəsində B.Obamanın karikaturasını yerləşdirib və şəklin altında yazıb ki, hazırkı prezident ölkənin daxili iqtisadi düşmənidir.


Qeyd edək ki, Staynın vəkilləri San-Dieqonun federal məhkəməsinə müraciət edərək hərbi qulluqçunun hərəkətinin konstitusiyaya zidd olmadığını isbatlamaq istəyiblər. Lakin məhkəmə onların iddialarına məhəl qoymayıb. Hakim əsas gətirib ki, söhbət ölkənin təhlükəsizliyindən və hərbçi tərəfindən verilən anddan gedir: "Əgər söylədikləri orduda nizam-intizamı pozursa və ali baş komandanın imicinə mənfi təsir göstərirsə, tam söz azadlığı hərbi formada olan şəxslərə şamil edilə bilməz. Nəyin intizamlı şəkildə deyildiyinə komandanlıq qərar verməlidir".


Onu da deyək ki, H.Stayn on il idi, ABŞ ordusunda xidmət keçirdi. O, Birləşmiş Ştatların İraqdakı müharibəsinin veteranlarındandır.

Bütün xəbərlər Facebook səhifəmizdə