Fransada prezidentliyə namizədlərin hər ikisi-Fransua Olland və Nikola Sarkozi qondarma "erməni soyqırımı"nın "anım mərasimində" iştirak ediblər. Xarici mətbuata istinadən xəbər verir ki, namizədlər aprelin 24-ü müxtəlif vaxtlarda Parisdəki Komitas adlanan heykəlin yanına gəliblər.
Öncə Olland adı çəkilən əraziyə gəlib. O bildirib ki, prezident seçiləcəyi təqdirdə qondarma "soyırımı" imtina edənlərin cəzalardırılması haqda qanunu gündəmə gətirəcək: "Təzyiqlərə baxmayaraq əlimdən gələni edəcəm ki, bu qanun qəbul edilsin. Ermənilərin tarixi heç vaxt unudulmamalıdır".
Daha sonra heykəlin önünə gələn Sarkozi məlum qanunun qəbul olunmasına cəhd edəcəyini bildirib.
Qeyd edək ki, bu, Sarkozinin prezident kimi "soyqırım abidəsinin" önünə gəldiyi ilk belə hadisə idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB