Əfqanıstanda baş vermiş mina partlayışı zamanı burada fəaliyyət göstərən beynəlxalq sülhyaratma missiyasının tərkibindəki Gürcüstan kontingentinin hərbçisi həlak olub. Bu barədə məlumatı "Novosti-Qruziya" yayıb.
Xəbər verilir ki, ölkənin Müdafiə Nazirliyi artıq çavuş Valerian Hudcadzenin aliəsinə başsağlığı verib.
Qeyd edək ki, Əfqanıstanda indiyədək 16 gürcü əsgəri həlak olub. Onlardan Hudcadze də daxil olmaqla 5-i məhz 2012-ci ildə dünyasını dəyişib. Təkcə 3-ü fevralda taliblərin hücumunun qurbanı olub.
Onu da deyək ki, Əfqanıstandakı beynəlxalq sülhyaratma missiyasının tərkibindəki Gürcüstan kontingentinə 900 hərbçi daxildir. 2012-ci ilin ikinci yarısında ölkəyə daha bir taborun göndərilməsi nəzərdə tutulur. Prezident Mixail Saakaşvili bildirib ki, igid Gürcüstan əsgərləri Əfqanıstanda öz həyatlarını təhlükədə qoyaraq vətənlərinin müdafiəsi üçün zəruri olan təcrübə məktəbi keçirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB