Rusiya Müsəlmanları Ruhani İdarəsinin müftisi Talqat Tacuddin vəkil Daqir Hasanovun Rusiyada şəriət məhkəmələrinin tətbiq olunması təklifinə etirazını bildirib edib. Məlumata görə, T.Tacuddin "İnrerfaks" agentliyinə müsahibəsində deyib ki, RF qanunlarına əsasən, din dövlətdən ayrıdır: "Bizim ölkədə məhkəmə sistemi var və bütün müsəlmanlar da hamı kimi Rusiyanının bərabərhüquqlu vətəndaşlarıdır". RMRİ rəhbərinin sözlərinə görə, müsəlmanların mübahisəli məsələrinin həllində müftilər köməklik göstərirlər.
Moskva müftiliyinin rəhbəri Albir Krqanov da Rusiyada dini məhkəmələr insititunun olduğunu bildirib. Onun sözlərinə görə, müsəlmanlar hüquqi məhkəmələrə müraciət etməmişdən öncə burada məsləhətlər alsalar, daha yaxşıdır. Rusiyada şəriət qanunlarının tətbiqinə gəldikdə isə, Moskva müftisi deyib ki, bu, yalnız İran, Qətər, Səudiyyə Ərəbistanı kimi dini ölkələrdə ola bilər.
Müftilərin bu açıqlamalarına münasibətini bildirrən vəkil Daqir Hasanov "Ren TV" telekanalına müsahibəsində bir daha Rusiyada, ilk növbədə, paytaxt Moskvada şəriət məhkəmələrinin leqallaşdırılmasına çağırıb: "Kiminsə istəyindən asılı olmayaraq, bizi qane edən qanunları tətbiq edəcəyik. Əgər kimsə bunu dəyişmək istəsə, orda ikinci ölü gölü olacaq. Biz şəhəri qanla dolduracağıq".
Hasanovun bu çağırışı ictimaiyyət arasında birmənalı qarşılanmayıb. "Yabloko" partiyasının lideri Sergey Mitroxin vəkilin bu çıxışıyla əlaqədar RF Baş Prokurorluğuna müraciət edəcəyini bildirib. Siyasətçi hesab edir ki, vəkilin çıxışında cinayət məcəlləsinin iki maddəsi pozulub: etnik və dini düşmənçiliyin təhrik edilməsi, həmçinin Rusiya dövlət sisteminin əsaslarının pozulmasına çağırış.
İnsan Haqları üzrə Prezident Şurasının rəhbəri Mixail Fedotov da hüquqi dövlətin qanunlarına paralel şəriət məhkəmələrinin tətbiq olunmasını yolverilməz sayıb. Onun sözlərinə görə, kimisə qan tökməklə hədələməyi yalnız ağılsızlar edə bilər.
Moskva patriarxı Vsevolod Çaplin isə Rusiyada şəriət məhkəmələrinin tətbiq olunmasını istisna etmir. Onun sözlərinə görə, ümumi qaydalar çərçivəsində İslam icmasının hüquqlrını məhdudlaşdırmaq olmaz: "Hesab edirəm ki, Rusiya və Qərbi Avropa üçün bu yolun seçilməsi daha aktualdır", deyə V.Çaplin "Rusiya xəbərlər xidməti"nə açıqlamasında bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB