ABŞ-ın ermənipərəst mediası Barak Obamanl "topa tutub"
ABŞ prezidenti Barak Obamanın qondarma "erməni soyqırımı" ifadəsini dilinə gətirməməsi Birləşmiş Ştatların bəzi media vasitələrində etirazlarla qarşılanıb. Ölkənin kütləvi informasiya vasitələrinin erməni lobbi və diaspor təşkilatlarının təsirində olduğunu nəzərə alsaq, belə hay-küyləri təbii saymaq mümkündür. Digər tərəfdən, əks fikirlərin bir çoxu Türkiyə ilə bağlı beynəlxalq siyasi vəziyyətin təhlili baxımdan maraq doğurur. Buna görə də narazılıqdan qaynaqlanan düşüncələrin bəzisini təqdim edirik. Ümumən isə onların hamısı eyni ruhludur…
Başlayaq ondan ki, nüfuzlu "Wall Street Journal" sözügedən məsələ ilə əlaqədar "ABŞ erməni soyqırımı ilə bağlı həqiqətləri söyləyən liderə ehtiyac duyur" yazıb. Nəşr vurğulayıb ki, B.Obama artıq dörd ildir, verdiyi vədi yerinə yetirmir, təxminən yüz il öncə türklərin əli ilə həyata keçirilmiş faciəyə münasibətdə "soyqırım" sözünü işlətməkdən boyun qaçırır. Qəzetin məsələyə həsr olunmuş yazısında həmçinin bildirilib ki, Obama türklərin qarşısında geri çəkilən ilk prezident deyil.
"USA Today"də isə Birləşmiş Ştatların dövlət başçısının "erməni soyqırımı" ifadəsini dilə gətirməkdən imtinası Ağ Evin Yaxın Şərqdə Türkiyə ilə vacib müttəfiq olması ilə əsaslandırılıb. Qəzet yazıb ki, prezident istər özünün seçki kampaniyası zamanı, istərsə də İllinoys ştatının senatoru olan müddətdə Osmanlı İmperiyasında baş verənləri ermənilərə qarşı soyqırım aktı kimi dəyərləndirib.
"ABC News" bir qədər də irəli gedib və B.Obamanın 2008-ci ildəki məktubundan sitatlar gətirərək sənəddə hazırkı prezidentin vaxtilə "erməni soyqırımı" ifadəsini işlətdiyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB