Braziliyada daha bir jurnalist öldürüldü

Braziliyada daha bir jurnalist öldürüldü
Braziliyanın şimal-şərqində bir jurnalist öldürülüb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, hadisə restoranlardan birində törədilib. Ona nə azı nə çox düz altı dəfə atəş edilib. Dekia Saya adlı jurnalisti öldürən cinayətkar dərhal hadisə yerindən motosikletlə uzaqlaşıb. D.Sayanın "O Estado da Maranhao" qəzetində işlədiyi bildirilib.


Qeyd edək ki, Braziliyada fevarıl 12-də Mario Randolfo Markes Lopes adlı bir jurnalist də eyni ilə güllə ilə vurularaq öldürülmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə