Sabiq baş nazir aclıq aksiyasına başladı
Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko aclıq elan edib. "İnerfaks-Ukraina" agentliyi xəbər verir ki, bu barədə 7 il azadlıqdan məhrum edilən məhbusun vəkili, Ali Radanın deputatı Sergey Vlasenko bildirib. Onun sözlərinə görə, Timoşenko aclıq aksiyasına aprelin 20-dən başlayıb. Həmin gün eks-baş nazir müalicə üçün "Kaçanovsk" koloniyasından "Ukrzaliznısi" xəstəxanasına gətirilib.
Vəkilin sözlərinə görə, bura gətirilərkən məhbusun razılığı alınmayıb, tibb ocağına onu zorla gətiriblər: "Hadisədən 4 gün keçməsinə baxmayaraq, onun əlləri hələ də gömgöydür. Bədənində xəsarətlərin izi var".
Sergey Vlasenko bildirib ki, keçmiş baş nazirin aclıq aksiyası keçirməsinə səbəb ölkədə baş verənlərə etirazdır.
Qeyd edək ki, Yuliya Timoşenkonun adı çəkilən xəstəxanada cəmi 2 gün qaldıqdan sonra həbsxanaya qaytarıldığı bildirilirdi. O vaxtı səhiyyə nazirinin müavini Raisa Moiseenko mətbuata açıqlamasında demişdi ki, keçmiş baş nazir ona təklif olunan tibbi müayinədən və müalicədən imtina edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB