İraq parlamenti tarixində bir ilk - TÜRKMƏN məsələsi

İraq parlamenti tarixində bir ilk - TÜRKMƏN məsələsi

İraq parlamenti tarixində ilk dəfə olaraq türkmən məsələsi müzakirəyə çıxarılıb. Türkmən deputatlar tərəfindən hazırlanmış məruzə İraq Türkmən Cəbhəsi başqanı Ərşet Salehi tərəfindən oxunub. Məruzə parlamentin ərəb və kürd millət vəkilləri tərəfindən də dəstəklənib. Onlar Kərkük məsələsinin ədalətli həllinə tərəfdar çıxdıqlarını bildiriblər.


Kərkük Xəbər Agentliyi xəbər verir ki, məruzədə uzun illərdir, türkmən xalqının çəkdiyi iztirablar və məhrumiyyətlərdən söhbət açılıb. İndiyədək tapdanmış olan haqlarının bərpası istiqasmətində həyata keçirilməsi zəruri olan tədbirlər sadalanıb.


Parlamentin kürd deputatları türkmənlərin kürdlərlə demək olar, eyni taleni yaşadıqlarını vurğulayıblar. Çıxışlarda Kərkünün Tisin və Bəşir bölgələrindəki ərazilərin indiyədək öz sahiblərinə, yəni türkmənlərə qaytarılmaması təəssüf hissi ilə qeyd edilib. Çıxışlarda həmçinin tarixən türkmənlərin başına gələn ədalətsizliklərdən və haqsızlıqlardan dolayı onlara təzminat ödənilməsi tələbi səslənib.

Bütün xəbərlər Facebook səhifəmizdə