Norveçli terrorçu həlak olanların valideynlərindən üzr istədi

Norveçli terrorçu həlak olanların valideynlərindən üzr istədi

77 nəfərin qətlində ittiham edilən norveçli terrorçu Anders Breyvik terror nəticəsində təsadüfən öldürdüyü şəxslərin qətlindən təəssüfləndiyini bildirib. "The Daily Telegraph"a istinadən xəbər verir ki, bu barədə Breyvik bu gün keçirilən məhkəmə dinləməlirdə bildirib. Prosesdə həlak olanların valideynləri də iştirak ediblər. Terrorçu 2011-ci il iyulun 22-də Oslodakı hökumət məhələlləsindaki partlayışda həlak olanların və yaralılanların valideynlərindən üzr istəyib.


Amma "Norveç atıcısı" Utoya adasındakı gülləbarana görə üzr istəməkdən imtina edib. Bunu siyasi əqidəylə əlaqələndirən Breyvik onların "ideologi düşərgə" mənsubluğunu bildirib. Buna baxmayaraq o, etiraf edib ki, adada yeniyetmələri və körpələri güllələmək istəməyib.


Terrorçunun sözlərinə görə, təxminən 16 yaşında bir yeniyetmə iflic vəziyyətində ağlayaraq onu öldürməmək üçün yalvarıb. Sonradan Breyvik bilib ki, qurbanlarının arasında bu oğlanın atası da var.


Məhkəmə prosesində çıxış edən "Norveç atıcısı" həlak olanların yaxınlarına ağrı verdiyini başa düşdüyünü deyib. Belə ki, onun özünün 22 iyul hadisələrindən sonra ailəsi və dostları ilə əlaqəsi kəsilib.


Cinayətkar Utoya adasından qaçmaq planlarından da danışıb. Bildirib ki, Oslonun qərbindəki Fornebya aeroportundan hidrotəyyarə vasitəsilə qaçmağa cəhd edib. Breyvikin hətta Rusiyaya qaçmaq planı da olub. Amma o, ekstradisiya olunacağını bildiyindən bu fikrindən vaz keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə