Avropa Şurası İmralıda araşdırma aparılacağına söz verdi

Avropa Şurası İmralıda araşdırma aparılacağına söz verdi

Avropa Şurası Strasburqda 52 gündür aclıq aksiyası keçirən kürdlərin tələbini qəbul edərək Abdullah Öcalanın İmralıdakı şərtlərini araşdıracağına sözü verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 15 nəfərlik qrup məqsədlərinə çatdıqları üçün aclıq akiyasını dayandırdıqlarını bildiriblər.

"Avropa təşkilatlarının Öcalanın cəmiyyətdən təcrid olunmasını sona çatdırmaq üçün addım atacağına dair sözləri bizi aksiyamızı dayanmağa sövq etdi. Biz məqsədimizə çatdıq", deyə qrupun rəhbəri deyib.

Qeyd edək ki, kürd millətindən olan bir qrup martın 1-dən Strasburq şəhərindəki kilsələrdən birini ələ keçirərək aclıq aksiyasına başlamışdılar. Etirazçılara Avropadakı kürdlərdən də dəstək gəlmişdi. Hətta 1000 nəfərlik nümayiş də keçirilmişdi.


Bütün xəbərlər Facebook səhifəmizdə