Rusiya və Çin geniş miqyaslı birgə hərbi-dəniz təlimlərinə başlayıb

Rusiya və Çin geniş miqyaslı birgə hərbi-dəniz təlimlərinə başlayıb

Rusiya və Çin genişmiqyaslı birgə hərbi-dəniz təlimlərinə başlayıb. SİA-nın məlumatına görə, \"Dənizdə qarşılıqlı təsir-2012\" adlı birgə təlimlər Sarı dənizdə həyata keçirilir. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təlimlər bu gün başlayıb və aprelin 27-dək davam edəcək.


Rusiya tərəfdən təlimlərdə \"Admiral Tributs\", \"Marşal Şapoşnikov\" və \"Admiral Vinoqradov\" kimi qayıq-əleyhinə gəmilər, eləcə də MB-37 və SB-522 tipli buksir-gəmilər iştirak edir.


Təlimlərin məqsədi dənizdə anti-pirat və anti-terror əməliyyatların qarşılıqlı təsir şəraitində işlənib hazırlanmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə