Lukaşenkodan Qərbə hədə!
\"Qərb Belarusa təzyiqlərini dayandırmasa, bu yaxınlarda azadlığa buraxılmış müxalifətçilər yenidən həbsxanaya düşəcəklər\". SİA-nın məlumatına görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib. \"Daha bir təzyiq və azadlığa çıxmış həmin quldurlar yenidən həbsxanaya qayıda bilərlər. Azad edilmiş müxalifətçilər isə dillərini dinc saxlamasalar, yenidən həbs edilə bilərlər\", - deyə Aleksandr Lukaşenko bildirib.

Xatırladaq ki, bir həftə əvvəl 2010-cu ildə Belarus prezidentliyinə namizədlərdən biri olmuş Andrey Sannikov və \"Avropalı Belarus\" vətəndaş kampaniyasının koordinatoru Dmitri Bondarenko Aleksandr Lukaşenkonun sərəncamına əsasən, vaxtından əvvəl azadlığa buraxılmışdı. Avropa Birliyi isə Belarusla dialoqun bərpası üçün bütün siyasi məhbusların, o cümlədən prezidentliyə keçmiş namizəd Nikolay Statkeviçin də azad edilməsini tələb etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə