Bağdadda baş verən partlayışda 4 nəfər həlak olub, 15 nəfər yaralanıb
Bağdadda baş vermiş iki partlayış nəticəsində 4 nəfər həlak olub, 15 nəfər yaralanıb. SİA-nın verdiyi xəbərə görə, yolun kənarında quraşdırılan partlayıcı qurğular hərbi və polis avtomobili keçərkən işə düşüb. Terror aktı nəticəsində mülki şəxslər həlak olub. İraqda fəaliyyət göstərən "Əl Qaidə" terror təşkilatı ölkədə vətəndaş müharibəsini, şiə-sünni qarşıdurmasını alovlandırmağa çalışır.
Xatırladaq ki, iki gün əvvəl İraqın 10 şəhərində törədilən 20 terror aktı nəticəsində 36 nəfər həlak olub, 117 nəfər yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB