İki qatar toqquşdu
Amsterdamda iki sərnişin qatarının toqquşması nəticəsində xəsarət alanların sayı 125 nəfərə çatıb. SİA-nın verdiyi xəbərə görə, bunlardan 13 nəfərinin vəziyyəti ağardır. Qəza Amsterdamın Sloterdayk rayonunda baş verib. Eygest şəhərinə gedən qatar Den Xelder-Heymenqen sürət qatarı ilə toqquşub. Qatarlar relslərdən çıxmayıb. Xilasedicilər bəzi xəsarət alan sərnişinləri azad etmək üçün kranlardan istifadə ediblər. Qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə