Türkiyə sərhədinə hərbi qüvvələr yeridilib

Türkiyə sərhədinə hərbi qüvvələr yeridilib
Türkiyənin Hakkari vilayətində gərginlik davam edir. Şəmdinli rayonunda sərhədə hərbi qüvvələr cəlb edilib. Şəmdinlinin mərkəzində yerləşən 3-cü Dağ Taktika Komandanlığından çıxan 20 maşınlıq karvan sərhədə doğru hərəkət edib. Hərbi maşınlardan ibarət karvandakı zirehli avtomobillərin əksəriyyətini \"Kirpi\" adlanan minaya davamlı maşınlar təşkil edir. Zirehli avtomobillər yazın gəlməsi ilə gərginliyin artdığı sərhəd bölgəsində PKK-nın hücumlarının qarşısını almaq üçün bu əraziyə yeridilib.

Bütün xəbərlər Facebook səhifəmizdə