BMT TŞ Suriya ilə bağlı yeni qətnamə qəbul edib

BMT TŞ Suriya ilə bağlı yeni qətnamə qəbul edib

BMT-nin Təhlükəsizlik Şurası ötən gün keçirilən iclasında Suriyaya ezam edilmiş müşahidəçilərin sayının 300-ə qədər artırılamsı ilə bağlı yeni qətnamə qəbul edib. İclasda, həmçinin, rejimdən ölkədə atəşkəsi təmin etməsi tələb edilib.


"Birləşmiş Ştatların Suriyadakı vəziyyətlə bağlı səbri tükənib. Heç kim elə bilməsin ki, rəsmi Vaşinqton 90 günün sonunda bu missiyanı yeniləyəcək. Bu müddət ərzində zorakılığa son qoyulmasa, BMT heyətinin tam sərbəst şəkildə hərəkətinə imkan verilməsə və digər aspektlərdə inkişaf əldə edilməsə, belə bir qənaətə gəlmək olar ki, bu missiya artıq öz təsirini itirib. Rejim zorakılığı davam etdirərsə, biz əks tədbirlər görmək üçün 90 günün bitməsini gözləməyəcəyik" - deyə Rays fikrini ifadə edib.


Rusiyanın BMT-dəki səfiri Vitali Çurkin isə qeyd edib ki, bu qətnamə Suriyada sülh prosesinin başladılması üçün vacib əhəmiyyət kəsb edir.


Suriyanın BMT-dəki səfiri Bəşər Cəfəri isə ölkəsinin BMT-nin sülh missiyasının uğurlu nəticələnməsində, ölkədə təhlükəsizlik və stabilliyə nail olmasında maraqlı olduğunu bildirib. "Müşahidəçi monitorinq öz fəaliyyətini obyektivlik və qərəzsizlik əsasında, yüksək səriştə ilə yerinə yetirməlidir", - deyə Bəşər Cəfəri bildirib.


Onu da qeyd edək ki, BMT-nin hesablamalarına görə, Suriyada ötən ilin mart ayından etibarən davam edən iğtişaşlarda 9 mindən çox insan öldürülüb. Müxalifət, eyni zamanda, yüzlərlə insanın həbs edilərək işgəncələrə məruz qaldığını bildirir. Ölkədən qaçan suriyalılar isə qonşu İordaniya və Türkiyəyə üz tuturlar. Təkcə Türkiyəyə keçən suriyalıların sayı 25 mini ötüb.

Bütün xəbərlər Facebook səhifəmizdə