Böyük Britaniyanın kraliçası II Yelizaveta doğum gününün 86-cı ildönümünü qeyd edib. Xarici mətbuat xəbər verir ki, Londondakı Taur və Qayd-parkda ənənəvi top atəşi səslənib, süvari qvardiyasının keçidi olub.
Kraliçanın ad gününə "Britaniyanın siması" incəsənət layihəsi reallaşıb. "Bukingem" sarayında kraliçanın nəhəng portretləri nümayiş olunub.
II Yelizavetanın özü isə ənənəvi olaraq doğum gününü London yaxınlığındakı Vindzor malikanəsində ailə üzvlərilə birgə qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB