İndoneziyada 6 bal gücündə zəlzələ olub

İndoneziyada 6 bal gücündə zəlzələ olub
İndoneziyanın şərqində bir neçə saat ərzində baş vermiş beş yeraltı təkanın sonuncusu 6,6 bal gücündə olub. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, ABŞ Geologiya Xidməti xəbər verir ki, yerli vaxtla 10.16-da qeydə alınmış zəlzələnin episentri Manokvari şəhərinin 83 kilometr cənub-şərqində - Qərbi Papua əyalətinin inzibati mərkəzində meydana gəlib. Zəlzələnin ocağı 19,8 kilometr dərinlikdə olub.

Bütün xəbərlər Facebook səhifəmizdə