Yerevanda 3 casusu maşın vurdu

Yerenanda baş verən avtoqəza nəticəsində Ermənistan təhlükəsizlik xidmətinin üç əməkdaşı xəsarət alıb. REGNUM" agentliyi xəbər verir ki, casusları vuran "Toyota Prado" maşınının sürücüsü hadisə yerindən dərhal uzaqlaşıb. Qəzanın hansı şəraitdə baş verməsi bilinmir.


Polisin araşdırmasından sonra bəlli olub ki, sükan arxasında tibb mərkəzinin əməkdaşı Evelina Manvelyan adlı sürücü əyləşib.


Casuslara qarşı edilən bu hadisənin qəsdən törədilib-törədilməməsinin araşdırıldığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə