Seks-qalmaqalına görə işdən azad olunanların sayı 6 nəfərə çatdı - FOTO
Fahişələrlə bağlı yaranmış seks-qalmaqalına görə ABŞ gizli xidmətinin daha üç casusu istefaya göndərilib. "Frans-Press" agentliyinə istinadən xəbər verir ki, beləliklə, bu məsələ ilə əlaqədar vəzifələrindən kənarlaşdırılan şəxslərin sayı 6 nəfərə çatıb.
Bu arada ABŞ prezidenti Barak Obamanın Ağ Evdə gizli xidmətin rəhbəri Mark Sallivanla görüşdüyü bildirilir. Danışışıqların detalları barədə məlumat verilməsə də, əvvəllər dövlət başçısı bildirmişdi ki, o, bu qalmaqala görə, ən azı istintaq başa çatanadək Sallivanı vəzifəsindən azad etməyəcək.
Xatırladaq ki, aprelin ortalarında Kolumbiyada keçiriləcək Amerik sammitə hazırlıq çərçivəsində gizli xidmətin casusları Obamanın qalacağı Kartaxen şəhərindəki otelə fahişələri dəvət ediblər.
Qalmaqal isə fahişələrin birinə pulunun ödənilməməsi səbəbindən yaranmışdı. Senator Syüzan Kollinzin məlumatına görə isə, casuslar otelə 20-dək fahişə dəvət ediblər.
Son məlumatlara görə, gizli xidmətin 12 casusu və 11 amerikalı hərbçi bu məsələdə şübhəli bilinirlər. O da xəbər verilir ki, siyahıda Obamanı daim mühafizə edən əməkdaşlardan heç birinin adı yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB