ABŞ hərbçilərinin Bağdadda daha bir özbaşınalığı

ABŞ hərbçilərinin Bağdadda daha bir özbaşınalığı

ABŞ hərbçilərinin öldürülmüş "Taliban" döyüşçüsünün fonunda çəkdirdikləri foto ilə bağlı qalmaqal səngiməmiş internetdə Amerika əsgərlərinin İrak və Əfqanıstanda törətdikləri özbaşınalıqları əsk etdirən növbəti video-görüntülər yayımlanıb. Xarici mətbuata istunadən xəbər verilir verir ki, kadrlarda Bağdad küçələrində hərəkət edən Birləşmiş Ştatlara məxsus BTR-dəki əsgərlər ətrafdakı insanlara və avtomobillərə atəş açırlar.


Məlumata görə, video-görüntülər 2006-cı ildə lentə allınıb. Çəkilişi isə əvvəllər "Academi", indi isə "Blackwater" adlanan şirkətin əməkdaşı aparıb. Qeyd edək ki, ABŞ hökumətinin şirkətlə 2003-cü ildə imzaladığı müqaviləyə əsasən, "Blackwater" İrakda və Əfqanıstanda hərbi xidmət keçən əsgərlərə təlimlər, onlara xüsusi hazırlıqlar keçib, hava kəşfiyyatını öyrədib.


Onu da vurğulayaq ki, bu yaxınlarda qəzetlərin birində amerikalı əsgərlərin öldürülmüş əfqanın fonunda insanları dəhşətə gətirən fotoları dərc olunmuşdu.


http://vimeo.com/39647584

Bütün xəbərlər Facebook səhifəmizdə