Panetta İrana hücum barədə: "Sizi əmin edirəm ki, belə bir planımız var"

Panetta İrana hücum barədə: "Sizi əmin edirəm ki, belə bir planımız var"

ABŞ-ın müdafiə naziri Leon Panetta CNN telekanalına müsahibəsində bildirib ki, Birləşmiş Ştatların İrana zərbə endirilməsinə dair konkret planları var.


Pentaqon rəhbəri məsələ ilə bağlı iki dəfə səslənən sualı çox aydın şəkildə cavablandırıb. "Sizi əmin edirəm ki, belə bir planımız var", - deyən Panetta zarafatından da qalmayıb: "Mən müdafiə naziri olanda birinci onu başa düşdüm ki, biz həyatın bütün vəziyyətlərinə qarşı həddən artıq çox planlar hazırlamalıyıq".


ABŞ-ın müdafiə naziri sözügedən planların icrasının nə dərəcədə uğurlu ola biləcəyinə dair sualı da cavabsız qoymayıb. "Düşünürəm ki, burada hər hansı problem ola bilməz. Əgər biz həmin planları icra etmək istəsək, bu proses müvəffəqiyyətlə baş tutacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə