Rusiya turistləri və Gürcüstanın təhlükəsizliyi

Rusiya turistləri və Gürcüstanın təhlükəsizliyi

Mixail Saakaşvili: "Biz rusları ölkəmizdə turist kimi görməkdən sevinərik…"


Rusiyalı turistlərin Gürcüstana gəlməsi Rusiyadan ölkəyə qarşı yönələn təhlükəni azaldır. "Georgia online" xəbər verir ki, bu fikri Gürcüstan prezidenti Mixail Saakaşvili respublikanın Qara dəniz sahillərindəki kurorot şəhəri olan Kobuletiyə səfəri zamanı bildirib. "Bu il Rusiyadan Gürcüstana milyon turistin gəlməsi gözlənilir. Deməli, ölkədən respublikamıza milyon vətəndaş gələcək. Bu vəziyyətdə avantüristlərin manevr imknları qalmayacaq".


M.Saakaşvili həmçinin bildirib ki, Rusiyanın Xarici İşlər Nazirliyi Gürcüstanda Rusiya vətəndaşları üçün təhlükəsiz mühitin olmadığına dair açıqlamalar versə də, Moskvadan, eləcə də digər regionlardan Gürcüstana gələn turistlərin sayı ildən-ilə artmaqdadır.


Gürcüstan hakimiyyəti dəfələrlə vurğulayıb ki, Rusiya tərəfindən daimi təhlükənin mövcudluğuna baxmayaraq, rəsmi Tbilisi Rusiya vətəndaşlarının ölkəyə gəlməsindən məmnundur. "Biz rusları ölkəmizdə turist kimi görməkdən sevinərik. Onları Gürcüstanda qonaqpərvər cəmiyyətimiz qarşılayacaq. Fikir mübadiləsi aparacaqlar və görəcəklər ki, Gürcüstan dost sevər ölkədir", - deyə M.Saakaşvili bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə