Hindistan qitələrarası raketinin ilk sınağını keçirdi - VİDEO

Hindistan qitələrarası raketinin ilk sınağını keçirdi - VİDEO

Aprelin 19-da Hindistan "Agni-V" qitələrarası ballistik raketinin ilk sınağını keçirib. Xarici mətbuata istinadən verilən xəbərə görə, start yerli vaxtla saat 08:05-də Hindistanın Orissa ştatındakı Uiler adasından verilib. Raket 5,5 min kilometr məsafəni qət etmək gücünə malikdir.


İlk sınaq aprelin 18-ə nəzərdə tutlsa da, hava şəraititn əlverişsiz olmasıdan bir günlük təxirə salınmışdı. Ümumilikdə isə raketin ilk uçusu 2010, daha sonra 2011-ci illərdə olmalı idi.


"Agni-V" üçmərhələli bərk yanacağa malik ballistik raketdir və o "Agni-III"ün bazasında hazırlanıb. 17 metr uzunuluğu, 2 metr diametri olan raketin çəkisi 50 tondur və o, bir tondan çox ağırlığında nüvə başlığını daşımaq gücünə malikdir.


Məlumata görə, raketin ilk sınağının startı zamanı 800-dək hindistanlı mütəxəssis iştirak edib.


Yeni layihəyə əsasən isə, 10 min kilometr uçmaq qabiliyyətinə malik "Agni-VI"-nın hazırlanması nəzərdə tutulur.



Bütün xəbərlər Facebook səhifəmizdə