Sarkozi: "Rusiya və Çinin Suriya məsələsindəki mövqeyi dəyişəcək"

Sarkozi: "Rusiya və Çinin Suriya məsələsindəki mövqeyi dəyişəcək"

Rusiya və Çinin Suriya məsələsindəki müxalifliyi uzun sürməyəcək. Fransa prezidenti Nikola Sarkozi belə hesab edir.


Dünya mediası xəbər verir ki, bu gün "Suriyanın dostları" qrupuna daxil olan ölkələrin xarici işlər nazirləri Parisdə toplantı keçirirlər. Fransanın dövlət başçısı isə haqqında bəhs etdiyimiz fikri məhz həmin görüşə münasibət bildirərkən açıqlayıb. Sarkozinin sözlərinə görə, dünyanın bir çox mütərəqqi dövlətləri, o cümlədən ərəb ölkələri Suriyanın hansı istiqamətə getməli olduğunu bildirən zaman Rusiya və Çin təcrid vəziyyətindədirlər. "Çinlilər də ruslar kimi təcriddə qalmağı sevmirlər. Buna görə də hər iki ölkə hakimiyyətinin bu mövqeyi uzun sürməyəcək".


Qeyd edək ki, Rusiyanın "Suriyanın dostları" qrupuna münasibətini ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Aleksandr Lukaşeviç ifadə edib. O, Paris tədbirinin əvvəlki toplantılar kimi faydasız adlandırıb. Çünki ora Suriyanın mövcud hakimiyyətindən heç kim dəvət olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə