“Metsamor”un 2-ci enerji bloku daha 4 il yaşayacaq

“Metsamor”un 2-ci enerji bloku daha 4 il yaşayacaq

Ermənistan hökumətinin bu gün keçirilən iclasında "Metsamor" atom elektrik stansiyasındakı 2-ci energi blokunun daha 4 il müddətinə uzaldılması barədə qərar verilib. Erməni saytlarına istinadən yayılan xəbərə görə, Ermənistanın energetika və təbii sərvətlər naziri Armen Mövsisyan bildirib ki, bu energi blokunun istismar müddəti 2016-cı il sentyabrın 1-də başa çatır. Yeni tikintinin inşası gecikdirildiyindən könhə obyektin istismar müddəti daha 4 il uzadılmalıdır.


Məsələnin daim medianın diqqətində olduğunun söyləyən baş nazir Tiqran Sarkisyanın sözlərinə görə isə, hökumətin bununla bağlı apardığı işləri şəffafdır: "Hökumət MAQATE-yə rəsmən müraciət edərək köhnə energi blokunun istismar müddətinin uzadılması və yenisinin tikintisinə kömək göstərməyi xahiş edib".


Baş nazir bildirib ki, yaxın günlərdə nümayəndə heytəninin MAQATE-yə səfəri çərçivəsində hər iki məsələ ətrafında müzakirələr aparılıb və Ermənistan bununla bağlı adı çəkilən təşkilatdan lazım olan köməkliyi alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə