Dövlət atributu ilə bağlı daha bir qalmaqal - FOTO

Dövlət atributu ilə bağlı daha bir qalmaqal - FOTO

Qazaxıstanın Atıray şəhərində fəhlələrin zibilləri milli bayrağa yığıb daşıdıqları üçün cinayət işi açılıb. Bu barədə xəbər "Ak Jayık" qəzetinə Atıray vilayətinin daxili işlər orqanlarından verilib.


Məlumata görə, "Qazaxıstan Respublikasının dövlət bayrağını, dövlət gerbini və ya dövlət himnini təhqir etməsi" maddəsinə uyğun olaraq istintaqa başlanılıb. Təqsirləndirilən şəxsləri pul və ya həbs cəzası gözləyir.


Olay isə adı çəkilən şəhərin küçələrinin birində baş verib. Təmizlik işləri aparan fəhlələr zibilləri Qazaxıstanın bayrağına bükərək atmaq istəyiblər. Hadisənin şahidi olan oxuculardan biri bu barədə "Ak Jayık" qəzetinə xəbər verib.


Qeyd edək ki, son vaxtlar Qazaxıstanın dövlət atributları ilə bir neçə oxşar hadisə yaşanıb. Mart ayında Kostana şəhərində keçirilən xizək festivalında dövlət himni Riki Martinin "Livin' la Vida Loca" mahnısı ilə səhv salınmışdı.


Bundan üç həftə sonra güllə atıcılığı üzrə Küveytdə keçirlən dünya çempionatında qalib olmuş idmançının şərəfinə dövlət himnin əvəzinə "Borat" filmindən fahişələrə həsr olunmuş musiqi səsləndirilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə