Moskvada 7 mərtəbəli bina uçdu, ölənlər var

Moskvada 7 mərtəbəli bina uçdu, ölənlər var
Bu gecə Moskvanın cənubunda, "Proyektləşdirilmiş keçid" küçəsində 7 mərtəbəli bina uçub. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, qəzadan əvvəl "Horizon" qapalı əmlak investisiya fonduna məxsus binada əsaslı təmir işlərin aparılırmış.

Uçmuş bina elmi-eksperimental zavodun ərazisində yerləşir. Qəza zamanı binada işləmiş fəhlələrdən 1-nin öldüyü, 10-un yaralandığı xəbər verilir. Rusiya Federasiyası Baş İstintaq İdarəsi 2 maddə - o cümlədən dağ-mədən, tikinti və digər işlər zamanı təhlükəsizlik qaydalarının pozulması maddəsi üzrə cinayət işi açıldığını bildirib.
Qeyd edək ki, hazırda istintaq qrupu dağıntılar arasında qəzanın baş vermə səbəblərini araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə