London aeroportu bağlandı

"A330-300" təyyarəsi texniki nasazlıqdan məcburi eniş etdiyindən Londonun "Hatvik" aeroportu bağlanıb. İngiltərə mediasına istinadən xəbər verilir ki, adı çəkilən aeroportdan uçuşlar tam dayandırılıb. Aerovağzalın rəhbərliyi uçuş cədvəllərində dəyişikliyin olacağını bildirib.


"Hatvik" aeroportunun nə vaxt normal fəaliyyət göstərəcəyi barədə məlumat verilmir.


ABŞ-ın Florida ştatının Orlando şəhərinə uçan "A330-300" havaya qalxdıqdan bir neçə dəqiqə sonra göyərtədə nasazlıq hiss edilib və təcili geri qayıdarak "Hatvik"ə məcburi eniş edib.


Məlumata görə, eniş zamanı uçaqda heç bir problem yaşanmayıb. 299 sərnişin və 13 ekipaj üzvündən xəsarət alan olmayıb. Təyyarə yerə endikdən sonra isə sərnişinlər təcili evakuasiya olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə