ABŞ qasırğaların əsirinə çevrilib. Ölkənin mərkəzi ştatlarında son günlər ərzində güclü külək, ildırım və dolu ilə müşayiət olunan 100-dən çox qasırğa baş verib. ABŞ Milli meteoroloji xidmətinin məlumatına görə, təkcə Kanzas ştatında 70-dən çox qasırğa qeydə alınıb. Təbii fəlakət Oklahama ştatındakı Vudvard şəhərinə ciddi ziyan vurub. 5 nəfər təbii fəlakətin qurbanı olub. 30-dan çox insan isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ayova ştatında isə Terman şəhərciyi demək olar ki, tamamilə dağılıb. Burada qasırğa evlərin 75%-ni uçurub. Xoşbəxtlikdən şəhərciyin 240 sakinindən heç biri xəsarət almayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB