Hindistan şəxsi 90 nəfərlik sərnişin avialaynerini hazırlayır

Hindistan şəxsi 90 nəfərlik sərnişin avialaynerini hazırlayır
Hindistan şəxsi 90 nəfərlik sərnişin avialaynerini hazırlayır. SİA-nın verdiyi xəbərə görə,təyyarəni ən müasir aviasiya elektron avadanlığı ilə təchiz edəcəklər.

Ona uçuş və enmə üçün daha az yer lazım olacaq. "NCA-90" (National Civil Aircraft) adlanacaq laynerin hazırlanması üçün artıq konstruktor bürosu yaradılıb. Hindistanın Planlaşdırma Komissiyası bildirib ki, təyyarənin layihəsini düzəltməyə və hazırlamaga təxminən 871 milyon dollar xərclənəcək. Hava gəmisinin seriyalı istehsalı üçün daha 640 milyon dollar lazım olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə