Cənubi Afrika prezidenti dördüncü arvad alır

Cənubi Afrika prezidenti dördüncü arvad alır


Cənubi Afrika Prezidenti Jacob Zuma altıncı dəfədir ki, evlənir. SİA-nın BBC-yə istinadən verdiyi məlumata görə, Zumanın onun dördüncü arvadı olacaq Gloria Bongi Ngema ilə toyu gələn həftəsonuna təyin olunub.


Cənubi Afrika Prezidenti Zulu milli ənənələrinə sadiqliyini qoruyub saxlayan şəxslərdən sayılır, və poliqamiya, yəni, çoxarvadlılıq, Cənubi Afrikada qanunlarda öz təsbitini tapıb. Zumanın sözçüsü Mac Maharaj məlumat verib ki, özəl mərasim KvaZulu Natal vilayətinin Nkandla mətəqəsində keçiriləcək.


Qeyd edək ki, Zumanı bir qayda olaraq rəsmi mərasimlərdə 1 arvadı müşayət edir, və bu vəzifə arvadlar arasında tutulmuş cədvələ uyğun növbə qaydası ilə həyata keçirilir. 6-cı dəfə evlənən Jacob Zuma 4-cü arvad alır. Cənubi Afrika prezidenti artıq bir dəfə boşanmışdı, daha 1 arvadı isə 2000 ildə özünə qəsd etmişdi.


70 yaşlı Jacob Zumanın 21 uşağı var.

Bütün xəbərlər Facebook səhifəmizdə