Kürdlər Almaniya gəmisini ələ keçirməyə cəhd edib

Kürdlər Almaniya gəmisini ələ keçirməyə cəhd edib

Bir qrup milliyyətcə kürd Reyn çayının Köln şəhərinə yaxın hissəsində Almaniyaya məxsus gəzinti gəmisini ələ keçirməyə cəhd edib.


Məlumata görə, Kürd Fəhlə Partiyasının 10-a yaxın üzvü kapitan kabinəsinə hücum çəkib. Onlar göyərtədə siyasi şüarlar olan plakatlar asıblar. Bundan başqa kürdlərin üzərində liderləri Abdulla Ocalanın şəkli olan bayraqlar da olub.


Hücum edənlər gəmini sahilə yönəldərək səsgücləndirici vasitəsilə manifestlərini oxumaq istəyiblər. Kürdlər kapitandan qayığın idarəetməsini tələb etsələr də, rədd cavabını alıblar.


Göyərtədə ekipaj üzvlərindən başqa 10-dək sərnişinin olduğu bildirilir və ehtimal edilir ki, onlardan kimsə polisi köməyə çağırıb.


Gəmi sahilə çatdıqda isə hücum edənlər zərərsizləşdirilib. Polisdən verilən məlumata görə, qayığı zəbt etmək istəyənlərdə silah olmayıb və onlar müqavimət göstərməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə