Türkiyə 5 kəşfiyyat-təyyarəsini icarəyə götürəcək

Türkiyə 5 kəşfiyyat-təyyarəsini icarəyə götürəcək

Türkiyənin Müdafiə Nazirliyi "Hawker Beechcraft King Air 350" adlı 5 kəşfiyyat-təyyarəsini icarəyə götürmək niyyətindədir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumatına görə, iki il müddətinə götürüləcək uçaqların icarə qiyməti 70 milyon dollar həcmində qiymətləndirilir. Hansı şirkətlə müqavilənin imzalanacağı barədə isə hələlik məlumat verilmir. Yeni təyyarələrdə kəşfiyyat uçuşlarını Türkiyə Hərbi Hava Qüvvələrinin pilotu həyata keçirəcək.


Razılaşmaya əsasən, əvvəlcə sərnişin təyyarələri üçün nəzərdə tutulan "King Air 350" Türkiyəyə gətiliməzdən öncə təmir olunduqdan və müasirləşdirildikdən sonra onlara kəşfiyyat və müşayiət qurğuları əlavə ediləcək.


Yeni təyyarələr Türkiyədə istahsal olunacaq "Anka" pilotsuz uçan aparatlar hazır olanadək istifadə ediləcək.


Qeyd edək ki, aprel ayının əvvəlində "Turkish Aerospace Industries" şirkəti 10 pilotsuz təyyarənin alınması üçün qardaş ölkənin Müdafiə Nazirliyilə danışıqlar aparıb. Ehtimallara görə, iyun ayında bu aparatların döyüş vəziyyətində ilk sınağı keçirilməlidir.


Türkiyə hərbi mənbələrinin qiymətləndirməsinə görə, ölkədə uzun müddət uçuş qabiliyyətinə malik kəşfiyyat aparatlarının qıtlığı mövcuddur. Hazırda Türkiyə HHQ-nin tabeliyində cəmi ABŞ istehsalı olan 18 ədəd "GNAT 750" kəşfiyyat-təyyarəsi, 1 ədəd "MQ-1 Predator", 4 ədəd "MQ-9 Reaper", 6 ədəd2 RQ-7 Shadow", İsrailin istehsal etdiyi 10 ədəd "Heron" və 3 ədəd "Aerostar" uçan aparat var.

Bütün xəbərlər Facebook səhifəmizdə