Seçkiqabağı Ermənistanda hay-küylü qətl - FOTOLAR

Seçkiqabağı Ermənistanda hay-küylü qətl - FOTOLAR

Ermənistanın Gümrü şəhərinin meri Vardan Qukasyan qızının nişanlısının qətlində Çiçəklənən Ermənistan Partiyasını (ÇEP) ittiham edib. SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, qatilin həbs olunmasına baxmayaraq Qukasyan bu işin adı çəkilən qurum tərəfindən edildiyini bildirib.


"Bu məsələ ÇEP-a aparıb çıxarır. Həbs olunan da bu partiyanın görkəmli nümayəndəsidir", - deyən mer saxlanılan şəxsin adını açıqlamayıb.


Ermənistan mətbuatının məlumatına görə isə, martın 16-da baş vermiş həmin qətl hadisəsində şübhəli bilinən şəxs qismində saxlanılan Arutyun Sapqsyanın atası keçmiş polis rəisi, anası isə ÇEP-in üzvüdür.


Qeyd edək ki, Gümrü şəhər merinin 27 yaşlı qızı Karen Esayanın nişanlısı aprelin 12-də öldürülüb. Qətlin siyasi motivlərə görə baş verdiyi deyilsə də, hüquq-mühafizə orqanları bunun qısqanclıq zəminində törədildiyini bildirib.


Vardan Qukasyan da ikinci versiyanı tam inkar edərək olayın baş verməsini siyası çalarlarda axtarır: "Qətl siyasi motivlərlə törədilib. Çiçəklənən Ermənistan Partiyasının bunu törətməkdə məqsədi bizi seçkiqabağı mübarizədən sıxışdırıb çıxartmaqdır".


ÇEP isə ittihamları təkzib edərək deyilənləri Qukasyanın uydurması adlandırıb. Onu da vurğulayaq ki, 2007-ci ildən partiyaya Ermənistanın məşhur oliqarxlarından sayılan deputat Harik Sarukyan rəhbərlik edir.


Mer Vardan Qukasyanın özü isə hazırkı prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyasının üzvüdür.


Verilən məlumatlarda mayda keçiriləcək parlament seçkiləri öncəsi ÇEP-in müxalifətə yaxınlaşdığı bildirilir.


Ümumiyyətlə, Gümrü seçki dairəsində namizədlər arasında müntəzəm qalmaqalların yaşanması barədə də informasiyalar dolaşır. Hətta tərəflər arasında silahlı toqquşmaların baş verdiyi bildirilir. Yerli polis isə bunların guya sadəcə söz-söhbət olduğunu bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə