Türkiyə NATO-da 2-cidir

NATO-nun ikinci böyük ordusuna sahib olan Türkiyə hərbi xərclərə görə 7-ci yerdədir. 28 üzvü olan İttifaqın bütövlükdə əsgər kontingenti 3,5 milyona çatır (168.az). NATO-ya üzv olan dövlətlər arasında ən böyük ordu 1 milyon 427 min əsgərlə ABŞ-a məxsusdur. Türk Silahlı Quvvətlərinin təxminən 720 min hərbçisindən 425 min nəfəri NATO-ya daxildir. Bu, NATO-nun sayca 2-ci böyük ordusu deməkdir. Türkiyədən sonra Fransa (227 min), Almaniya (205 min), İngiltərə və İtaliya (192 min), İspaniya (127 min), Yunanıstan (124 min) və Polşa (100 min) gəlir.


Beləliklə, NATO-nun Avropadakı əsgərlərinini ümumi sayı 2 milyon 27 mindir. Alyansın Şimali Amerikadakı əsgərlərinini sayı isə 1 milyon 487 mindir. NATO-nun Avropadakı əsgərlərinin 41-ini Türkiyə təşkil edir.


NATO daxilində ən çox hərbi xərcləmələrlə ABŞ- bütün dövlətləri geridə qoyur. Digər 27 İttifaq üzvünün hərbi xərcləmələrinin cəmi ABŞ-ın heç yarısına da çatmır. 2011-ci ildə 731,9 milyard dollar hərbi vəsait ayıran Amerikadan sonra ümumi xərcləmələrin 63,6 milyard dolları İngiltərənin üzərinə düşür. Bu sırada Türkiyə 14,7 milyard dollarla 7 –ci yerdədir. İlk onluqda sonuncu yerdə 8,9 milyard dollarla Polşa gəlir.


Dünyanın ən güclü ordu siralaması isə belədir:


1.Çin- 2.225.000 əsgər

2.ABŞ- 1.426.713 əsgər

3.Hindistan- 1.325.000 əsgər

4.Şimali Koreya- 1.106.000 əsgər

5.Rusiya- 1.037.000 əsgər

6.Cənubi Koreya- 687.000 əsgər

7.Türkiyə-666. 575 əsgər

8.Pakistan- 619.000 əsgər

9.Vyetnam- 484.000 əsgər

10.Misir- 450.000 əsgər

Bütün xəbərlər Facebook səhifəmizdə