Suriyada atəşkəs elan edildikdən bəri ilk dəfə qaçqınlar geri dönməyə başlayıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyənin Suriya ilə sərhədindəki Hatay vilayətinin Reyhanlı qəsəbəsində yerləşən çadır şəhərciyindən 80-dən çox suriyalı öz ölkələrinə qayıdıb. Onlar 4 mikroavtobusla çadır düşərgəsindən ayrılıblar. Qaçqınların əksəriyyətini qadın və azyaşlı uşaqlar təşkil edib. Lakin əksər qaçqınlar atəşkəsin davam edəcəyinə və ümumiyyətlə atəşkəsə inanmadıqlarını əsas gətirərək, Suriyaya geri dönməyəcəklərini bildirirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB