Pakistanda 400 məhbus həbsxanadan qaçıb

Pakistanda 400 məhbus həbsxanadan qaçıb
Pakistanda 400 məhbus həbsxanadan qaçıb. SİA-nın verdiyi məlumata görə, ölkənin şimal-qərbindəki Bannu şəhərində təcridxanadan kütləvi qaçış ora olan hücumdan sonra qeydə alınıb.
Minaataanlarla və odlu silahlarla silahlanmış döyüşçülər mühafizə xidməti ilə atışmaya başlayıblar. Nəticədə hər iki tərəfdən onlarla insan yaralanıb. Pakistanın \"The News\" qəzetinin məlumatına görə, baş ermiş hadisə nəticəsində həbsxanada demək olar ki heç kim qalmayıb. Hərbçilər vəziyyəti nəzarət altına almaq üçün yerli polisin köməyinə gəliblər.
Qeyd edək ki, hələlik heç bir qruplaşma Bannu həbsxanasına basqına görə məsuliyyəti üzərinə götürməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə