Bu gün Rusiya paytaxtının iki ərazisində - "Dubrovka" ticarət mərkəzində və "Velozavodsk" bazarında bomba həyacanı yaşanıb. Rusiya mətbuatına istinadən xəbər verilir ki, bu barədə polisə xəbər daxil olan kimi hər iki obyektdəki insanlar təcili evakuasiya edilib.
Ticarət mərkəzinə və bazara partlayıcı maddələrin qoyulması haqda xəbər anonim olub.
İnsanlar oradan çıxarıldıqdan sonra hadisə yerinə mütəxəssislər cəlb ediliblər və axtarışlar nəticəsində heç bir maddə tapılmayınca məlumatın yanlış olduğu aşkarlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB