Qız doğduğu üçün öldürdü

Hindistanda qəddar ata-22 yaşlı rəngsaz Umar Faruk oğlan doğulmadığı üçün bələkdəki Neha adlı 3 aylıq qızını ölümcül döyüb. Xəstəxanaya çatdırılan körpənin həyatını xilas etmək mümkün olmayıb.


Həkimlərin müdaxiləsinə baxmayaraq, Nehaya edilən tibbi yardımlar nəticəsiz qalıb: körpənin balaca ürəyi yaşadığı işkəncəyə dözməyib. Həkimlərin rəyinə görə, uşaq ürəyinin dayanmasından dünyasını dəyişib.


Körpəsinin cansız bədənini meyitxanadan götürən ana güclü əsəb sarsıntıları keçirib.


Həbs olunan ata isə körpəni qız olduğu üçün öldürdüyünü etiraf etdib.

Bütün xəbərlər Facebook səhifəmizdə