Ermənistanda polis rəisi təbliğat kampaniyasına qoşulub

Ermənistanda polis rəisi təbliğat kampaniyasına qoşulub

Ermənistanın Ararat vilayətinin inzibati mərkəzi olan Artaşat şəhərinin polis rəisi Arsen Abramyanın 17-ci dairədən hakim Ermənistan Respublika Partiyasından millət vəkilliyə namizəd Karina Poqosyanın təbliğat kampaniyasına qoşulub. SİA-nın xəbərinə görə, bu barədə xəbər bir qrup yerli sakinin "Joxovurd" qəzetinin redaksiyasına etdiyi müraciətdə öz əskini tapıb: "Arsen Abramyan parlamentin keçmiş spikeri, ERP-nin seçkiqabağı qərargahının rəisi Ovik Abramyanın qohumudur, həmçinin Karina Poqosyan da onun qohumudur. Bütün bunların fonunda məlum olur ki, Ermənistanın polis rəisi Vladimir Qasparyan yaxın günlərdə "Orinats yerkir" partiyasından majoritar qaydada deputatlığa namizədliyini irəli sürmüş öz qardaşını seçki kampaniyasının strukturuna qoya bilmədiyinə görə Artik şöbəsinin rəhbərini məcburi məzuniyyətə göndərib. Arsen Abramyan isə nəinki öz səlahiyyətlərini uğurla yerinə yetirir, həm də öz səlahiyyətlərindən ERP-nin təbliğat kampaniyası üçün istifadə edir", - nəşr yazır.

Bütün xəbərlər Facebook səhifəmizdə