Qurqen Yegizaryan: “Sarkisyan və hakim partiyanın seçkiqabağı proqramı əvvəlcədən yalan üzərində qurulub”
"Qarşıdan gələn parlament seçkiləri utancverici olacaq". SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Ermənistan Milli Konqresinin üzvü, ölkənin Milli Təhlükəsizlik Şurasının keçmiş rəis müavini, deputatlığa namizəd Qurqen Yegizaryan deyib. O, qarşıdan gələn parlament seçkilərinin əvvəlki seçkilərlə müqayisədə 4, bəlkə də 10 dəfə çox saxtakarlıqla keçiriləcəyini elan edib: "Ola bilməz ki, Ermənistanın 90 faiz ac əhalisi, 2 faiz toxa səs versin".
O, bildirib ki, Sarkisyan və hakim partiyanın seçkiqabağı proqramı əvvəlcədən yalan üzərində qurulub. Onun sözlərinə görə, Ermənistan Respublikaçılar Partiyası bu yalanlarla parlamentə soxularaq hakimiyyəti ələ keçirib və ölkəni məhvə doğru aparır: "Sarkisyan deyir ki, islahatlardan sonra təqaüdçülər daha yaxşı yaşayacaqlar. Əgər 530 min təqaüdçüdən biri bildirsə ki, Sarkisyanın islahatlarından sonra onun həyatı yaxşıya dəyişib, mən üzr istəyərək siyasətdən gedərəm. Ölkədəki monopolist kapitalizmə son qoymaq lazımdır. Hakm partiya yenə saxtakarlıq yolu ilə parlamentdə üstünlük qazanarsa, onda Ermənistanın gələcəyinin necə olacağını demək çox çətin olacaq. Çünki bu ölkədə həyat hər keçən gün daha da ağırlaşır".
Qurqen Yegizaryan hakim partiyanın seçicilərə rüşvət kimi verdiyi pulu götürmələrini məsləhət görüb: "Onlar onsuz da hər gün sizin milyonlarla dollarınızı oğurlayırlar. Ona görə də sizə verilən rüşvəti götürün, amma seçkiyə gedin ki, bülletendən saxtakarlıq üçün istifadə etməsinlər. Əvvəlcə ölülər səslərini hakim partiyaya verir. Daha sonra 10 ildən çoxdur ölkədə yaşamayan seçicilər Respblikaçılar Partiyasına səs verirlər. Onların ardıca 30-40 min nəfərlik Cavaxetiya erməniləri gələrək bütün səslərini hakim partiyaya verirlər. Hakimiyyət xalqı elə yoxsul vəziyyətə gətrib çıxarıb ki, seçkidə pul əsas rol oynayır. Mənim dairəmdə olan xalqın hesabına varlanan namizədlərin arxasında hakim partiya dayınıb. Xalq o qədər acdır ki, Sarkisyan və onun komandası mənimlə müqayisədə güclüdürlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB