BMT Suriya ilə baglı yeni qətnamə qəbul edəcək

BMT Suriya ilə baglı yeni qətnamə qəbul edəcək
Yaxın vaxtlarla BMT Təhlükəsizlik Şurasına Suriyaya atəşkəs rejiminə riayət olunmasını izləmək üçün beynəlxalq müşahidəçilərin göndərilməsini nəzərdə tutan qətnamə təqdim ediləcək. Müşahidəçilərin yerləşdirilməsi Suriya üzrə xüsusi elçi Kofi Annanın planının tərkib hissəsidir. Bununla həm Suriya hakimiyyəti, həm də müxalifəti razılaşıb. Ötən gün BMT Təhlükəsizlik Şurasında çıxış edən Kofi Annan bildirib ki, qüvvəyə minən atəşkəsə ümumilikdə riayət edilir. Baxmayaraq ki, münaqişə tərəflərindən onun pozulması ilə bağlı bəzi hadisələr barədə məlumatlar daxil olur. Eyni zamanda, Kofi Annan bəyan edib ki, Suriya hakimiyyəti sülh planının bütün müddəalarına əməl etmir. Bu, züsusioə, iri yaşayış məntəqələrindən qoşunların çıxarılmasına aiddir.BMT-nin baş katibi Pan Gi Mun isə bildiirb ki, Suriyada vəziyyət sakitləşsə də, ciddi narahatlıqlar qalmaqdadır. Belə ki, Bəşər Əsəd rejimi indiyədək dəfələrlə verdiyi vədləri pozub.

Bütün xəbərlər Facebook səhifəmizdə